...

Ömürlük məhkum olunmuş şəxs Qobustan həbsxanasında telefon gizlədirmiş

Hadisə Materials 30 Yanvar 2014 15:19 (UTC +04:00)
Qobustan həbsxanasında ömürlük məhkum olunmuş şəxsdən mobil telefon götürülüb.
Ömürlük məhkum olunmuş şəxs Qobustan həbsxanasında telefon gizlədirmiş

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İzzət/

Qobustan həbsxanasında ömürlük məhkum olunmuş şəxsdən mobil telefon götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Qobustanda yerləşən həbsxanada cəza çəkən, ömürlük azadlıqdan məhrum edilmiş Azər Tarverdi oğlu Əsədovun saxlandığı kameraya və üzərinə baxış keçirilib. Baxış zamanı döşəmədə düzəldilmiş gizli saxlanc yerindən daxilində "Nar" danışıq kartı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, A.Əsədov Cinayət Məcəlləsinin 93-3 h.3; 93.5- h.3; 94 b.1,6,38 h 1.3-cü maddələri ilə təqsirli bilinərək ömürlük azadlıq məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti