...

Bakıda silsilə oğurluqlar edən dəstənin üzvləri tutulub

Hadisə Materials 10 Fevral 2014 12:20 (UTC +04:00)
Bakıda mağaza, aptek və restoranlardan silsilə oğurluqlar edən dəstənin üzvləri tutulub.
Bakıda silsilə oğurluqlar edən dəstənin üzvləri tutulub

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İ.İzzət/

Bakıda mağaza, aptek və restoranlardan silsilə oğurluqlar edən dəstənin üzvləri tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 26-na keçən gecə Zaur Nadirova məxsus, S.Məmmədova küçəsində yerləşən mağazadan 16 ədəd mobil telefon, fevralın 7-nə keçən gecə Rasim Həsənova məxsus, Azadlıq prospektində yerləşən köşkdən ərzaq malları, printer, fevralın 8-nə keçən gecə Məhəmmədəli Camalova məxsus, Cavadxan küçəsində yerləşən mağazadan 485 manat, danışıq kartları, tütün məmulatları, Əlvida Nəzirzadəyə məxsus, C.Məmmədov küçəsində yerləşən mağazadan 50 manat, Könül Cəfərovaya məxsus, S.Məmmədova küçəsində yerləşən gözəllik salonundan 105 manat, Vüqar İsgəndərova məxsus, Cavadxan küçəsində yerləşən gözəllik salonundan bijuteriya, Zəminə Ağayevaya məxsus, C.Məmmədov küçəsində yerləşən 4000 manat, 3 ədəd qızıl üzük, Rəsmiyyə Hüseynovaya məxsus, C.Məmmədov küçəsində yerləşən mağazadan geyim əşyaları oğurlanıb, Emin Paşayeva məxsus, Cavadxan küçəsində yerləşən aptekdən isə oğurluga cəhd olunub.

Binəqədi Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Ağdaş rayon sakini Şahmurad Xudaverdiyev, Bakı şəhər sakinləri İbrahim Cəfərov və Əlsahib Bədəlov tutulub.

Müəyyən olunub ki, onlar fevralın 9-na keçən gecə, Bakı şəhər sakini Rauf Mustafayevə məxsus, Nəsimi rayonu M.Cəfərov küçəsində yerləşən restorandan da 3 ədəd mobil telefon oğurlayıblar.

Tutulan şəxslər barəsində cinayət işi açılıb. Hazırda onların digər cinayətlərdə iştirakına dair araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti