...

Zaqatalada 17 yaşlı gənc ölüb

Hadisə Materials 14 Fevral 2014 10:03 (UTC +04:00)
Zaqatala şəhərində 17 yaşlı gəncin qəfil ölümü qeydə alınıb.
Zaqatalada 17 yaşlı gənc ölüb

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İ.İzzət/

Zaqatala şəhərində 17 yaşlı gəncin qəfil ölümü qeydə alınıb.

Trend Kanal S-ə istinadən xəbər verir ki, Zaqatala şəhər Saleh Qocayev, 57 ünvanından Təcili Tibbi Yardım Stansiyasına çagırış daxil olub.

Dərhal hadisə yerinə gedən həkim briqadasının əməkdaşları 1997-ci il təvəllüdlü Xəlilov Elvin Ələkbər oğlunun artıq keçindiyinin şahidi olublar.

E.Xəlilovun ölümünə zəhərlənmənin səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Elvin Xəlilov hərbçi ailəsinin övladı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti