...

Bakıda piyadanı öldürən “Mercedes”in sürücüsü tutulub

Hadisə Materials 5 Mart 2014 11:11 (UTC +04:00)
Bakı Şəhər şossesində piyadanı vurub öldürən “Mercedes”in sürücüsü tutulub.
Bakıda piyadanı öldürən “Mercedes”in sürücüsü tutulub

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İ.İzzət/

Bakı Şəhər şossesində piyadanı vurub öldürən "Mercedes"in sürücüsü tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 3-də Şəhər şossesində naməlum sürücü Sumqayıt şəhər sakini Ayaz Əliyevə məxsus "Mercedes" markalı avtomobili idarə edərkən Bakı şəhər sakini Röyal Ələkbərovu vurub. Nəticədə R.Ələkbərov aldığı xəsarətdən hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində "Mersedes" markalı avtomobili idarə edən Bakı şəhər sakini Koroğlu Piroğlanov tutulub.

Faktla əlaqədar cinayət işi açılıb, istintaq gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti