Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İ.İsabalayeva/
Bakı metrosunda 20-25 yaşlı oğlan qatarın altına düşüb.
Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, hadisə "Ulduz" stansiyasında qeydə alınıb. Təcili tibbi yardım briqadası hadisə yerinə gələrkən artıq oğlanın sağ qolu bədənindən ayrılmış vəziyyətdə olub.
Yaralı Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.