...

Azərbaycanda 70 min dollardan çox pul oğurlamış Gürcüstan vətəndaşı tutulub

Hadisə Materials 6 Mart 2014 14:03 (UTC +04:00)
Azərbaycanda oğurluq etmiş Gürcüstan vətəndaşı idarə etdiyi avtomaşınla stasionar postda saxlanılıb.
Azərbaycanda 70 min dollardan çox pul oğurlamış Gürcüstan vətəndaşı tutulub

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İzzət/

Azərbaycanda oğurluq etmiş Gürcüstan vətəndaşı idarə etdiyi avtomaşınla stasionar postda saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi, Nərimanov RPİ 18-ci PB və Yevlax RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanda oğuluq etmiş Gürcüstan vətəndaşı Qela Alquşvili martın 5-də Yevlax rayonu ərazisində "Opel" markalı avtomobili idarə edərkən BDYPİ-nin Yevlax rayonu ərazisindəki postunda saxlanılıb.

O, martın 4-də Vüqar Babayevə məxsus avtomobildən 28159 manat və 35000 dolları oğurlayıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti