...

Qusar və Beyləqan rayonlarında ölümlə nəticələnən yol nəqliyyat-hadisələri baş verib

Hadisə Materials 7 Mart 2014 13:18 (UTC +04:00)
Qusar və Beyləqan rayonlarında ölümlə nəticələnən yol nəqliyyat-hadisələri baş verib.
Qusar və Beyləqan rayonlarında ölümlə nəticələnən yol nəqliyyat-hadisələri baş verib

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İ.İsabalayeva/

Qusar və Beyləqan rayonlarında ölümlə nəticələnən yol nəqliyyat-hadisələri baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 6-da Qusar rayonu Xuray kəndinin ərazisində Xırdalan şəhər sakini C.Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb. Sürücü və sərnişini - Beyləqan rayon sakini Rəvan Sadıqlı xəstəxanaya yerləşdirilib, C.Əliyev orada ölüb.

Martın 6-da saat 15 radələrində Beyləqan rayonu 2-ci Şahsevən kəndinin ərazisində kənd sakini Niyaməddin Ziyadov idarə etdiyi "VAZ-21150" markalı avtomobili aşırıb.

N.Ziyadovun sərnişini - həmyerlisi Hikmət Feyzullayev hadisə yerində ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti