Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İ.İzzət/
Azərbaycanda oğurluq etmiş Gürcüstan vətəndaşı narkotik maddə götürülüb.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Vüqar Babayevə məxsus avtomobildən 28159 manat və 35000 dollar pul oğurlamış qrupun digər üzvü - Gürcüstan vətəndaşı Mukhran Nizharadze tutulub, ondan 0,227 qram heroin götürülüb.
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi, Nərimanov RPİ 18-ci PB və Yevlax RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayətkar qrupun digər üzvü - Azərbaycanda oğuluq etmiş Gürcüstan vətəndaşı Qela Alquşvili martın 5-də Yevlax rayonu ərazisində "Opel" markalı avtomobili idarə edərkən BDYPİ-nin Yevlax rayonu ərazisindəki postunda saxlanılıb.