...

Qəzet: Türkiyənin 32 şəhərində kütləvi etiraz aksiyaları keçirilir

Hadisə Materials 12 Mart 2014 10:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir R.Hafizoğlu/

Ötən gecə Türkiyənin 32 şəhərində kütləvi etiraz aksiyaları keçirilib. Aksiyalar ötən ilin mayında Taksim meydanında keçirilən mitinq zamanı başından yaralanmış 14 yaşlı Berkin Əlvanın ölümü ilə bağlı təşkil edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkiyənin "Hürriyyət" qəzeti yazıb.

Bütün bu müddət ərzində komada olan Əlvan çərşənbə axşamı vəfat edib. O, polisin açdığı atəş nəticəsində yaralanmışdı.

Qəzetin məlumatına görə, ən irimiqyaslı aksiyalar İstanbul və Ankarada keçirilib. Polis nümayişçiləri dağıdıb.

Qəzet yazır ki, minlərlə etirazçı Orta Doğu Texniki Universiteti qarşısında toplaşıb. Aksiyanın keçirildiyi yerdə çoxlu sayda polis qüvvələri cəlb edilib.

Ötən il may ayının sonlarında Türkiyədə üç həftəyə yaxın müddət ərzində etiraz aksiyaları keçirilib. Hökumət nümayəndələrinin sözlərinə görə, aksiyalar artıq antihökumət xarakteri daşıyıb.

Türkiyənin müxalifət partiyaları polisi etiraz edənlərə qarşı həddindən artıq güc istifadə etməkdə günahlandırıblar.
Daha əvvəl Türkiyə DİN-in rəhbəri bildirib ki, Türkiyənin 79 vilayətində keçirilən etiraz aksiyalarında 2,5 milyon nəfər iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti