...

Bakıda avtomobil 21 yaşlı gənci vuraraq öldürüb

Hadisə Materials 18 Mart 2014 12:13 (UTC +04:00)
Bakıda avtomobil 21 yaşlı piyadanı vuraraq öldürüb.
Bakıda avtomobil 21 yaşlı gənci vuraraq öldürüb

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İzzət/

Bakıda avtomobil 21 yaşlı piyadanı vuraraq öldürüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 18-də Xəzər rayonu Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Firuz Mustafayev idarə etdiyi "Niva" markalı avtomobillə Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Vüsal Şıxaliyevi vurub.

NəticədəV.Şıxaliyev aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti