Azərbaycan, Bakı, 29 mart /Trend/
Lənkəranda qətl törətmiş şəxs tutulub.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 21-də Lənkəran şəhər sakini Surayə Tağıyevanı qətlə yetirmiş şəhər sakini Samid Hüseynov tutulub.
Ondan "AKM" markalı silah və 7 ədəd patron götürülüb.