...

Bakıda mağazalardan silsilə oğurluqlar etmiş şəxs tutulub

Hadisə Materials 31 Mart 2014 10:00 (UTC +04:00)
Bakıda mağazalara qənim kəsilmiş oğru tutulub.
Bakıda mağazalardan silsilə oğurluqlar etmiş şəxs tutulub

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir İ.İzzət/

Bakıda mağazalara qənim kəsilmiş oğru tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 29-da Bakı şəhər sakini Seymur Quliyevə məxsus, D.Əliyeva küçəsində yerləşən mağazadan qapının qıfılını sındırma yolu ilə pul və 2 ədəd mobil telefon oğurlanıb. Nəsimi rayon Polis İdarəsi Post Patrul Xidməti Bölməsi, 19-cu və 22-ci Polis bölmələri əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Pərviz Niyazov tutulub.

Müəyyən olunub ki, o martın 24-də A.Məhərrəmov küçəsində yerləşən, Suzanna Abdullayevaya məxsus gözəllik salonundan açar seçmə yolu ilə 100 manat, martın 28-nə keçən gecə H.B.Əliyev küçəsində yerləşən Rübail Rüstəmova məxsus mağazadan nəfəsliyin dəmir barmaqlığını sındırmaq yolu ilə 800 manat oğurlayıb, Kazımovski küçəsində yerləşən, Gülyaz Həsənovaya məxsus aptekdən nəfəslikdən keçmək yolu ilə oğurluğa cəhd edib, martın 29-da M.Cəfərov küçəsində yerləşən, Elşad Salahova məxsus mağazadan qapını sındırmaq yolu ilə 70 manat qarət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti