...

Azərbaycanda hərbi qulluqçu məzuniyyətdə olduğu zaman qətl törədib

Hadisə Materials 8 Aprel 2014 14:58 (UTC +04:00)
Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, aprelin 7-də Daşkəsən rayonda Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu tərəfindən ailə münaqişəsi zəminində qətl törədilib.
Azərbaycanda hərbi qulluqçu məzuniyyətdə olduğu zaman qətl törədib

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir İ.İzzət/

Aprelin 7-də Daşkəsən rayonda Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu tərəfindən ailə münaqişəsi zəminində qətl törədilib. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq hərbi xidmət edən, Daşkəsən Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış 25 yaşlı hərbi qulluqçu Rəşad Məmmədov qeyri-rəsmi nikahda yaşadığı Tünzalə Babayevanı qətlə yetirib.

Rəşad Məmmədov qətl törədən zaman xidmətdə deyil, rəsmi məzuniyyətdə olub.

Faktı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, aprelin 7-də Daşkəsən rayonunun Bayan qəsəbəsi ərazisində yerləşən "Bahar" yeməkxanasında rayon sakini Rəşad Məmmədov qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətində olduğu Füzuli rayon sakini Tünzalə Babayevanı boğub və bıçaqla xəsarət yetirib.

T.Babayeva hadisə yerində ölüb. Daha sonra R.Məmmədov könüllü olaraq Nizami (Gəncə) RPİ-yə gələrək təslim olub.

Hadisəni törətdikdən sonra zəhərləyici maddə qəbul etmiş R.Məmmədovun səhhəti pisləşdiyindən xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti