...

Rusiya FTX digər ölkələrdəki həmkarları ilə birgə Soçidə terror aktlarının qarşısını alıb

Hadisə Materials 9 Aprel 2014 16:11 (UTC +04:00)
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) ABŞ, Avstriya, Fransa, Almaniya və Gürcüstandan olan həmkarları ilə birgə əməliyyatı Soçidəki Olimpiya obyektlərinə terror hücumlarının qarşısını almağa imkan verib.
Rusiya FTX digər ölkələrdəki həmkarları ilə birgə Soçidə terror aktlarının qarşısını alıb

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) ABŞ, Avstriya, Fransa, Almaniya və Gürcüstandan olan həmkarları ilə birgə əməliyyatı Soçidəki Olimpiya obyektlərinə terror hücumlarının qarşısını almağa imkan verib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə FTB-nin direktoru Aleksandr Bortnikov bildirib.

O, qeyd edib ki, terrorizm bu gün transmilli cinayət hadisəsidir. Тəkcə 2013-cü ildə dünyanın 70-dən artıq ölkəsi terrorçuların hücumlarına məruz qalıblar: "Beynəlxalq təhlükəsizliyə bu sərt çağırışla mübarizədə barışmazlıq Rusiyanı cinayətkarların əsas hədəflərindən birinə çevirib. Terrorizmlə səmərəli mübarizə yalnız bütün ölkələrin birgə səyi ilə mümkündür".

A.Bortnikov əlavə edib ki, Suriyadakı hadisələri nəzərə alaraq, Federal Təhlükəsizlik Xidmətinin təşəbbüsü ilə Rusiyanın cinayət qanunvericiliyinə döyüşçü düşərgələrində təlimlər keçirilməsinə, həmçinin terror strukturlarının yaradılması və fəaliyyətinin təşkilinə görə sərt cəza normaları daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti