...

Bakıda qadına qarşı soyğunçuluq etmiş əcnəbi vətəndaş tutulub

Hadisə Materials 15 Aprel 2014 12:22 (UTC +04:00)
Bakıda qadına qarşı soyğunçuluq əməli törədən əcnəbi vətəndaş saxlanaraq istintaq orqanına təhvil verilib.
Bakıda qadına qarşı soyğunçuluq etmiş əcnəbi vətəndaş tutulub

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda qadına qarşı soyğunçuluq əməli törədən əcnəbi vətəndaş saxlanaraq istintaq orqanına təhvil verilib.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Bakı sakini Vəfa Qənbərovaya zor tətbiq edilərək içərisində sənədlər olan pul kisəsi əlindən alınıb. Yasamal Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış təbirləri nəticəsində soyğunçuluq əməlini törətmiş şəxsi tutmaq mümkün olub. Məlum olub ki, bu, Gürcüstan vətəndaşı Tarniki Modabadzedir.

Faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti