...

Azərbaycanda Türkiyə vətəndaşını bir neçə dəfə qarət edən şəxs saxlanılıb

Hadisə Materials 16 Aprel 2014 10:30 (UTC +04:00)
Bu il martın 4-də isə Ş.Əzizbəyov küçəsində naməlum şəxs İsaq Karmcoğlunun 1040 manatını əlindən alıb qaçıb.
Azərbaycanda Türkiyə vətəndaşını bir neçə dəfə qarət edən şəxs saxlanılıb

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycanda Türkiyə vətəndaşını bir neçə dəfə qarət edən şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, dekabrın 31-i 2013-cü il tarixində Azadlıq prospektində Türkiyə vətəndaşı İsaq Karmcoğlu sərxoş halda sərnişin qismində mindiyi "Mercedes" markalı avtomobildən düşərkən cibindən mobil telefonun, qızıl üzüyün, qızıl qol saatının və 200 manat pulunun oğurlandığını aşkar edib.

Bu il martın 4-də isə Ş.Əzizbəyov küçəsində naməlum şəxs İsaq Karmcoğlunun 1040 manatını əlindən alıb qaçıb.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, hər iki cinayəti törədən Babək rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Məmmədov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti