...

Bakıda silsilə oğurluqlar etmiş 2 nəfər tutulub

Hadisə Materials 24 Aprel 2014 10:24 (UTC +04:00)
Bakıda silsilə oğurluqlar etmiş 2 nəfər tutulub.
Bakıda silsilə oğurluqlar etmiş 2 nəfər tutulub

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda silsilə oğurluqlar etmiş 2 nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri İlqar Məsumlu, Rizvan Tanrıverdiyev və Fərid Rəsulov tutulublar.

İstintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, onlar fevralın 12-də Sülh küçəsində yaşayan Elvin Məhərrəmova məxsus evdən, qapının qıfılını sındırmaq yolu ilə velosiped, uşaq arabası və ərzaq məhsulları, aprelin 21-nə keçən gecə, A.Alı küçəsində yaşayan Səadət İbrahimovaya məxsus, həmin ünvanda yerləşən mağazadan 800 manat, müxtəlif çeşidli mallar oğurlamış, aprelin 23-nə keçən gecə isə Bəsti Əliyevaya məxsus, Bakıxanov qəsəbəsi Sülh küçəsində yerləşən aptekdən oğurluğa cəhd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti