...

Bakıda radiator və mühərrik oğurlayan dəstənin daha 2 üzvü tutulub

Hadisə Materials 1 May 2014 09:53 (UTC +04:00)
Bakıda radiator və mühərrik oğurlayan dəstənin daha 2 üzvü tutulub.
Bakıda radiator və mühərrik oğurlayan dəstənin daha 2 üzvü tutulub

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İzzət/

Bakıda radiator və mühərrik oğurlayan dəstənin daha 2 üzvü tutulub.

BakıŞəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 2-də Pirşağı qəsəbəsində yaşayan Rəfail Gülməmmədlinin evindən, pəncərədən keçmək yolu ilə 9 ədəd qızdırıcı radiator və su mühərriki oğurlanıb.

Sabunçu Rayon Polis İdarəsi 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Şərəf Orucov və Vüsal Bağıyev fevralın 3-də saxlanılıblar.

Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin digər iştirakçıları olan Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Novruz Qasımov və Bakı şəhər sakini Seymur Ələkbərov aprelin 30-da tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti