Azərbaycan, Bakı, 1 may/Trend, müxbir R. Hafizoğlu/
1 may yürüşünün keçirildiyi İstanbulun bəzi rayonlarında dinc sakinlər gözyaşardıcı qazdan zərər çəkiblər.
Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, gözyaşardıcı qazdan zərər görənlər arasında üç uşaq da var.
Qeyd edək ki, bu gün Türkiyədə 1 may yürüşü keçirilir. Mayın 1-də səhər saatlarında İstanbul polisi Taksim meydanına gedən bütün yolları bağlayıb.