Azərbaycan, Bakı, 2 may /Trend/
Baş Şirvan su kanalı ərazisində intihara cəhdin qarşısı alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Mingəcevir su anbarının Baş Şirvan su kanalı ərazisində mühafizə xidməti apararkən su kanalının üzərindəki körpüdən 1 nəfərin özünü suya ataraq intihar etmək niyyətində olduğunu müşahidə ediblər.
Xilasedicilər vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar.
İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib.