Azərbaycan, Bakı, 10 may /Trend, müxbir İ.İzzət/
Bakı şəhər sakininin polisə yalan məlumat verməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 6-da Bakı şəhər sakini Cəlal Babayevin evindən 40000 manatın oğurlanması barədə verilmiş məlumatla əlaqədar Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı pulun C.Babayev tərəfindən götürülməsi və polisə yalan məlumat verməsi müəyyən edilib.
Həyata keçirilmiş tədbirlər nəticəsində polisə yalan məlumat vermiş C.Babayev tutulub.