...

Cəlilabad sakinindən odlu silahlar və narkotik vasitələr aşkar edilərək götürülüb

Hadisə Materials 12 May 2014 13:29 (UTC +04:00)
Cəlilabad rayon sakinindən odlu silah və vasitələri, həmçinin çətənə kolları aşkar edilərək götürülüb.
Cəlilabad sakinindən odlu silahlar və narkotik vasitələr aşkar edilərək götürülüb

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İ.İzzət/

Cəlilabad rayon sakinindən odlu silah və vasitələri, həmçinin çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Günəşli kənd sakini Kəmaləddin Quliyevin evinə baxış zamanı nömrəsi silinmiş "Revolver" markalı tapança, ov tüfəngi, 2 ədəd bıçaq, 32 ədəd patron, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 43 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti