Azərbaycan, Bakı, 15 may /Trend, müxbir R.Hafizoğlu/
Bu gün Türkiyə Prezidenti Abdullah Gül və hökumət üzvləri kömür mədənində partlayışın baş verdiyi Manisa vilayətinə gəliblər.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, ölkə Prezidenti və hökumət üzvləri mədəndəki vəziyyətlə tanış olublar.
Türkiyədə mayın 13-də kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 282 nəfərə çatıb.