...

Manisadakı mədəndə yanğın davam edir

Hadisə Materials 15 May 2014 17:18 (UTC +04:00)
Türkiyənin Manisa vilayətinin Soma şəhərində mədəndə partlayış nəticəsində yaranan yanğın indiyədək davam edir.
Manisadakı mədəndə yanğın davam edir

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Manisa vilayətinin Soma şəhərində mədəndə partlayış nəticəsində yaranan yanğın indiyədək davam edir. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib. Bu barədə Trend "TRT Haber"ə istinadən xəbər verir.

Nazirin sözlərinə görə, yanğın yalnız tam söndürüldükdən sonra xilasedicilər mədənə daxil ola biləcəklər.

Bu gün Türkiyə Prezidenti Abdullah Gül Manisa vilayətində mədənçilərin xilas edilməsi işlərinin fasiləsiz davam etdirildiyini bəyan edib.

Prezidentin sözlərinə görə, Türkiyə matəm içindədir və hər kəs bir-birinə dəstək verməlidir.

A.Gül, həmçinin bildirib ki, dövlət kömür mədənində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə lazımi köməyi göstərəcək.

Prezident mədənçilərin xilas edilməsi işinə kömək təklif edən ölkələrə minnətdarlığını bildirib.

Qeyd edək ki, bu gün Prezident Abdullah Gül və hökumət üzvləri kömür mədənində partlayış baş vermiş Manisa vilayətinə gələrək mədəndəki vəziyyətlə maraqlanıblar.

Mayın 13-də Türkiyənin Manisa vilayətinin Soma şəhərində kömür mədənində partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 282 nəfərə çatıb.

Mədənçilərin axtarışları davam etdirilir. Hazırda dağıntılar altında 90-dan çox şaxtaçının qaldığı bildirilir.

FOTO:Anadolu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti