...

Türkiyədə mədən qəzası qurbanlarının sayı 300 nəfəri ötüb, dağıntılar altında 3 şaxtaçı qalıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 17 May 2014 15:04 (UTC +04:00)
Türkiyədə kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 301 nəfərə çatıb.
Türkiyədə mədən qəzası qurbanlarının sayı 300 nəfəri ötüb, dağıntılar altında 3 şaxtaçı qalıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 09:55-də yayılıb)

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 301 nəfərə çatıb. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.T.Yıldız bundan əvvəl 298 nəfərin həlak olduğunu demişdi.

Onun sözlərinə görə, hazırda 3 şaxtaçı dağıntılar altındadır.

Xatırladaq ki, mayın 13-də Türkiyənin Manisa vilayətinin Soma şəhərində kömür mədənində partlayış baş vermişdi.

Qeyd edək ki, Türkiyə Statistika İnstitutunun məlumatına görə, son dörd ayda ölkədə iş yerlərində bədbəxt hadisələr nəticəsində 1235 nəfər ölüb, onlardan 103-ü qadındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti