Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İzzət/
Ötən istirahət günləri respublika ərazisində baş vermiş yol qəzaları zamanı 10 nəfər ölüb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Trend-ə verilən məlumata görə, ötən həftəsonu - şənbə və bazar günləri Azərbaycanın yollarında 16 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 10 nəfər ölüb, 25 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Belə ki, mayın 17-də respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 8 nəfər ölüb, 12 nəfər yaralanıb.
Bazar günü, mayın 18-də isə ölkədə 9 yol qəzası baş verib. Hadisələr nəticəsində 2 nəfər ölüb, 13 nəfər yaralanıb.