...

Gürcüstan vətəndaşı Bakıda piyadanı avtobusla vuraraq öldürüb

Hadisə Materials 20 May 2014 13:40 (UTC +04:00)
Bakının Suraxanı rayonunda baş vermiş yol qəzası piyadanın ölümü ilə nəticələnib.
Gürcüstan vətəndaşı Bakıda piyadanı avtobusla vuraraq öldürüb

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İzzət/

Bakının Suraxanı rayonunda baş vermiş yol qəzası piyadanın ölümü ilə nəticələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 19-da saat 21 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Gürcüstan vətəndaşı Fariz Mahmudov idarə etdiyi "Temsa" markalı 208 saylı xətt avtobusu ilə yolu keçən qəsəbə sakini Xəzəngül Fətəliyevanı vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, Suraxanı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti