...

Qubada ana və uşaq ölümü faktı qeydə alınıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 23 May 2014 12:20 (UTC +04:00)
Bu gün saat 11:00 radələrində Quba Regional Perinatal Mərkəzində doğuş zamanı ana və uşaq ölümü faktı qeydə alınıb.
Qubada ana və uşaq ölümü faktı qeydə alınıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/

Bu gün saat 11:00 radələrində Quba Regional Perinatal Mərkəzində doğuş zamanı ana və uşaq ölümü faktı qeydə alınıb.

Trend-in RTV-yə istinadən verdiyi məlumata görə, Quba rayonu Nügədi kənd sakini Qızxanım Qayıbova qeysəriyyə əməliyyatına hazırlıq ərəfəsində qəfil dünyasını dəyişib.

Qadının bətnindəki uşağı da xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı tibb müəssisəsindən ətraflı məlumat verilmir.

RTV-nin tibb müəssisəsində olan müxbiri xəbər verib ki, dünyasının dəyişən qadın 21 yaşlı Quba rayonunun 2-ci Nügədi kənd sakini Mövsümova Qızxanım Rəhim qızıdır. O, mayın 20-də Quba Regional Perinatal Mərkəzinə gətirilib. Ölən qadın hamiləliyin 37-ci həftəsində olub.

Qaynanası Dilgər Qayıbovanın sözlərinə görə, həkimlər ona uşağın qeysəriyyə yolu ilə dünyaya gətiriləcəyini deyib: "Bunun üçün hətta bizdən pul da alıblar".

Dilbər Qayıbovanın sözlərinə görə, gəlininə əməliyyatdan 3 gün öncə iynə vurulub. İynədən sonra uşaq ana bətnində ölüb. Bir az sonra isə vəziyyəti ağırlaşan ananın da həyatını xilas etmək mümkün olmayıb. Yaxınları ananın və uşağın ölümünə görə, həkimləri günahlandırır.

Faktla bağlı Quba rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti