Azərbaycan, Bakı, 25 may /Trend/
Bakıda intihara cəhdin qarşısı alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda bir nəfər intihar məqsədilə yaşadığı mənzilin eyvanına çıxıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə mənzilin giriş qapısını açıb və əlverişli imkandan istifadə edərək intihara cəhdin qarşısını alıblar.
Vətəndaş aidiyyəti üzrə təhvil verilib.