...

Azərbaycanda bir günün "yol terroru": 6 ölü, 14 yaralı

Hadisə Materials 31 May 2014 13:30 (UTC +04:00)
Ötən gün Azərbaycanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib.
Azərbaycanda bir günün "yol terroru": 6 ölü, 14 yaralı

Azərbaycan, Bakı, 31 may /Trend/

Ötən gün Azərbaycanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, yol qəzaları nəticəsində 6 nəfər ölüb, 14 nəfər yaralanıb.

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 53 cinayət faktı qeydə alınıb, onların da 26-sı "isti izlər"lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 29 nəfər tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti