Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İ.İzzət/
Ötən həftəsonu - şənbə və bazar günlərində Azərbaycanda 9 yol qəzası baş verib. Hadisələr nəticəsində 9 nəfər ölüb, 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Trend-ə verilən məlumata görə, mayın 31-də respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 5 nəfər yaralanıb.
İyunun 1-də isə ölkə ərazisində 5 yol qəzası qeydə alınıb. Hadisələr nəticəsində 6 nəfər ölüb, 10 nəfər yaralanıb.