...

Sərxoş Bakıda bomba həyəcanı yaratdı

Hadisə Materials 5 İyun 2014 12:52 (UTC +04:00)
İyunun 4-də saat 20 radələrində naməlum şəxs Xətai RPİ-yə zəng edərək yaşadığı Gəncə prospektindəki 15 nömrəli binaya bomba qoyulması barədə məlumat verib.
Sərxoş Bakıda bomba həyəcanı yaratdı

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İ.İzzət/

İyunun 4-də saat 20 radələrində naməlum şəxs Xətai RPİ-yə zəng edərək yaşadığı Gəncə prospektindəki 15 nömrəli binaya bomba qoyulması barədə məlumat verib.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal həmin ünvana baxış keçirilib, məlumat təsdiqini tapmayıb.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bilərəkdən yalan məlumatı vermiş sərxoş halda olan Bakı şəhər sakini 44 yaşlı Marat Qaynılov müəyyən edilərək saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti