...

Silahlılar Türkiyənin Mosuldakı baş konsulunu girov götürüblər (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 11 İyun 2014 18:29 (UTC +04:00)
Mosuldakı Türkiyə konsulluğunun işçiləri "İraq və Şam İslam Dövləti" (İŞİD)terrorçu qruplaşmasının yaraqlılarının nəzarəti altında olan şəhəri tərk edə bilmirlər.
Silahlılar Türkiyənin Mosuldakı baş konsulunu girov götürüblər (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:20-də yayılıb)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir R.Hafizoğlu/

Mosuldakı Türkiyə konsulluğunun işçiləri "İraq və Şam İslam Dövləti" (İŞİD) qruplaşmasının silahlılarının nəzarət altında olan şəhəri tərk edə bilməyiblər. Trend-in "Milliyət" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Mosulun qubernatoru Əsil ən-Nəcəfi bildirib.

Diplomatlar yaraqlıların konsulluğun binasını partlatmaq hədəsindən sonra diplomatik nümayəndəliyin qapılarını açmağa məcbur olublar.

Türkiyə hökuməti təsdiq edib ki, Mosuldakı baş konsul da daxil olmaqla 14-15 nəfər girov götürülüb. Hazırda Türkiyənin Baş naziri bu məsələ üzrə təcili görüş keçirir.

Bir müddət əvvəl xəbər verilmişdi ki, "əl-Qaidə" ilə əlaqəsi olan İŞİD əhalisinin sayına görə İraqın ikinci böyük şəhəri olan Mosula nəzarəti ələ keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti