...

Xilasedicilər Bakıda qadının intihar cəhdinin qarşısını aldılar (VİDEO)

Hadisə Materials 21 İyun 2014 13:51 (UTC +04:00)
Xilasedicilər Bakıda qadının intihar cəhdinin qarşısını alıblar.
Xilasedicilər Bakıda qadının intihar cəhdinin qarşısını aldılar (VİDEO)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İlkin İzzət/

Xilasedicilər Bakıda qadının intihar cəhdinin qarşısını alıblar.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər qadının intihara cəhd etməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən müəyyən olunub ki, həmin şəxs özünü çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən mənzilin eyvanından aşağı atmaq niyyətindədir.

Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb, qadınla söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar.

İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib. Xilasetmə əməliyyatı saat 11:03-də başa çatıb.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti