...

Gömrükçülər Azərbaycana müxtəlif çeşiddə qaçaqmal gətirən Türkiyə vətəndaşını həbs ediblər

Hadisə Materials 27 İyun 2014 16:50 (UTC +04:00)
Plastik boru adı ilə Azərbaycan Respublikasına siqaret, televizor və paltaryuyan maşın gətirən Türkiyə vətəndaşı gömrükçülər tərəfindən həbs edilib.
Gömrükçülər Azərbaycana müxtəlif çeşiddə qaçaqmal gətirən Türkiyə vətəndaşını həbs ediblər

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İlkin İzzət/

Plastik boru adı ilə Azərbaycan Respublikasına siqaret, televizor və paltaryuyan maşın gətirən Türkiyə vətəndaşı gömrükçülər tərəfindən həbs edilib.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətinin Trend-ə verilən məlumata görə, bu günlərdə Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postuna daxil olan Türkiyə Respublikası vətəndaşı Utku Mutlu Mustafa oğlu idarə etdiyi "Mersedes Benz" markalı avtomobildə Qazaxıstan Respublikasına 14 700 kiloqram plastik boru yükü göndərilməsinə dair doğru olmayan məlumatları əks etdirən sənədləri gömrük orqanına təqdim etməklə nəqliyyat vasitəsindəki yükü plastik boru adı ilə tranzit xüsusi gömrük proseduranda rəsmiləşdirərək gömrük nəzarətindən keçirib. Lakin daxil olan əməliyyat məlumatına əsasən, avtomobil nəzarətə götürülərək Bakı Baş Gömrük İdarəsinin "İpək yolu" terminalına gətirilib və avtomobilə baxış keçirilən zaman yük yerində sənədlərdə göstərilmiş mallar əvəzinə külli miqdarda, cəmi 499 min 930 qutu "Kent nanotek infina" markalı siqaretlər, "LG" markalı 230 ədəd televizor və 55 ədəd paltaryuyan maşın aşkar edilərək götürülüb.

Faktla bağlı DGK İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 206.3.2 maddəsi ilə cinayət işi başlanıb və Utku Mutlu Mustafa oğlu barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti