...

Bir qrup şəxslə əlbir şəkildə Azərbaycana qaçaqmal yolu ilə yüzlərlə televizor gətirən Türkiyə vətəndaşı saxlanılıb

Hadisə Materials 27 İyun 2014 16:51 (UTC +04:00)
Bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Azərbaycana qaçaqmal yolu ilə 749 ədəd televizor gətirən Türkiyə vətəndaşı həbs edilib.
Bir qrup şəxslə əlbir şəkildə Azərbaycana qaçaqmal yolu ilə yüzlərlə televizor gətirən Türkiyə vətəndaşı saxlanılıb

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İlkin İzzət/

Bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Azərbaycana qaçaqmal yolu ilə 749 ədəd televizor gətirən Türkiyə vətəndaşı həbs edilib.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətinin Trend-ə verilən məlumata görə, Gürcüstan Respublikası istiqamətindən Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postuna daxil olmuş digər Türkiyə Respublikası vətəndaşı Aydın Ömər Cəlal oğlunun idarə etdiyi "DAF" markalı yük avtomobilində Türkiyə Respublikasından ölkəmizdəki şirkətlərdən birinin adına göndərilən yükün içərisində sənədlərdə göstərilməmiş televizorlar olması barədə DGK Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə məlumat daxil olub. Daxil olmuş məlumata əsasən, Baki Baş Gömrük İdarəsinin "İpək yolu" terminalında nəqliyyat vasitəsinə baxış keçirilib və avtomobildən yük müşayiət sənədlərində göstərilməmiş külli miqdarda 749 ədəd müxtəlif ölçülü "Samsung" markalı LED televizorlar aşkar edilərək götürülüb.

İlkin istintaq zamanı müəyyən edilib ki, Aydın Ömər Cəlal oğlu külli miqdarda malların Azərbaycan Respublikası gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün bir qrup şəxslə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib, bu məqsədlə Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda 21 220 kiloqram kvarslı qum və trixlorosiyan turşusu gətirməsinə dair gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədləri gömrük orqanına təqdim etməklə idarə etdiyi " DAF" markalı yük avtomobilində olan və yük müşayiət sənədlərində göstərilməmiş külli miqdarda, 749 ədəd müxtəlif ölçülü "Samsung" markalı LED televizorlarını Azərbaycan Respublikası gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərib.

Faktla bağlı Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə Aydın Ömər Cəlal oğluna ittiham irəli sürülüb və o, şübhəli şəxs qismində tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti