Azərbaycan, Bakı, 8 iyul /Trend/
Bakıda şadlıq sarayından 6 min manat oğurlayan şəxslər saxlanılıblar.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 6-na keçən gecə, Binəqədi şossesində yerləşən şadlıq saraylarının birinin inzibatçısı Bakı şəhər sakini Nurlan Məmmədovun otağından, seyfi sındırmaqla 6 min manat oğurlanıb.
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1992-ci il təvəllüdlü Elnur İsmayılov və Sabirabad rayon sakini, 1996-cı il təvəllüdlü Hikmət Atamoğlanov tutulub, onlardan oğurladıqları pulun 1500 manatı maddi subut kimi götürülüb.