...

Xalanın məhkum bacıqızına telefon vermək cəhdi baş tutmadı

Hadisə Materials 26 İyul 2014 11:48 (UTC +04:00)
4 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.
Xalanın məhkum bacıqızına telefon vermək cəhdi baş tutmadı

Azərbaycan, Bakı, 26 iyul /Trend/

4 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Arzu Rafiq qızı Əsgərovanın yanına qısamüddətli görüşə gəlmiş xalası Səlimə Muxtar qızı Muxtarovanın üzərinə baxış keçirilib. Baxış zamanı cibindən daxilində "Nar" danışıq kartı olan bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, A.Əsgərova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3; 93..1.4-cü maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti