Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir İlkin İzzət/
Oğurluq etdiklərinə görə tutulmuş Azərbaycan və Türkiyə vətəndaşının digər cinayət əməlləri də müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı, 17-ci və 18-ci Polis Bölməsi əməkdaşları tərəfindən oğurluq etdiklərinə görə tutulmuş Roman Moskalyovun və Türkiyə vətəndaşı Kutlu Alı Riza Hamit oğlunun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların Bakı şəhər sakinləri Nicat Abdullayevə, Xəyalə Aslanovaya, Samirə Qocayevaya və Emil Ramazanova məxsus avtomobillərdən pul, sənəd, qızıl və məişət əşyaları, habelə İsaabdulla Quliyevə və Təranə Hümmətovaya məxsus velosipedləri oğurlamaları müəyyən edilib.
Saxlanılan şəxslərlə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.