...

Abşeronda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə edilib

Hadisə Materials 13 Avqust 2014 10:04 (UTC +04:00)
Abşeron rayonunda yeddimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 7-ci mərtəbəsinə qədər şaxta boyunca elekrtrik kabelləri 21 p.m yanıb.
Abşeronda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə edilib

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Abşeron rayonunda yeddimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 7-ci mərtəbəsinə qədər şaxta boyunca elekrtrik kabelləri 21 p.m yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 21 nəfər bina sakini təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 02:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti