Azərbaycan, Bakı, 14 avqust /Trend/
Kür çayında batan vətəndaşın meyiti tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, 12 avqust 2014-cü il tarixində Kür çayının Sabirabad rayonu ərəzisindən keçən hissəsində batmış 1980-ci il təvəllüdlü Səfərov Rəşad Nəriman oğlunun axtarışları başa çatıb. R.Səfərovun cəsədi batdığı yerdən 100 metr aralıda (ən yaxın xilasetmə məntəqəsindən təxminən 23 km aralı, nəzarət olunmayan ərazidə) "Cənub" dalğıc axtarış qrupunun xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.