Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İlkin İzzət/
Bakıda silsilə oğurluqlar törətmiş şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Rizvan Tanrıverdizadə yaxalanıb.
Məlum olub ki, o, 2014-cü il yanvarın 18-nə keçən gecə Hacınski küçəsində Vüsal Allahverdiyevə məxsus "Chevrolet" markalı avtomobilin 2 ədəd təkərini, fevralın 4-də Şöylə Əliyevanın Mehmandarov küçəsindəki mənzilindən 2850 manat və kompyuter monitoru, iyulun 7-də Billurə Əliyevanın R.Qəmbərov küçəsindəki mənzilindən qızıl-zinət əşyaları, avqustun 3-nə keçən gecə isə Ş.Qocayev küçəsindəki binanın girişində Nizami Məmmədova məxsus saxlanc yerindən kombi aparatı, ona aid ehtiyyat hissələri və transformator oğurlayıb.