Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir İlkin İzzət/
Ötən gün Azərbaycanda avtomobil yollarında baş vermiş qəzalar nəticəsində 7 nəfər ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 29-da respublikanın avtomobil yollarında 14 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 28 nəfər yaralanıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 33 nəfər tutulub.