...

Külli miqdarda spritli içkinin Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 29 Sentyabr 2014 13:21 (UTC +04:00)
Azərbaycan gömrükçüləri ölkəyə qaçaqmalçılıq yolu ilə spritli içkilərin keçirilməsinin qarşısını alıblar.
Külli miqdarda spritli içkinin Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan gömrükçüləri ölkəyə qaçaqmalçılıq yolu ilə spritli içkilərin keçirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Aksiz Baş Gömrük İdarəsində spirtli içkilərin qaçaqmalçılığı ilə bağlı fakt aşkarlanıb.

Belə ki, Aksiz Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış spirtli içkilərin - araqların respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Aşırov Rövşən Aşır oğlunun idarə etdiyi "Mercedes Benz Sprinter" markalı, "90-VU-566" dövlət nömrə nişanlı sərnişin mikroavtobusuna baxış keçirilib. Baxış zamanı həmin mikroavtobusda sərnişin qismində əyləşmiş İsmayılov Faiq Aydın oğluna məxsus karton qutularda Rusiya Federasiyasının aksiz markası ilə markalanmış külli miqdarda "Kremlin Avard" və "Talka" araqları aşkar edilərək götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti