...

Azərbaycanda silsilə oğurluqlar etmiş Gürcüstan vətəndaşı tutulub

Hadisə Materials 4 Oktyabr 2014 14:18 (UTC +04:00)
Azərbaycanda silsilə oğurluqlar etmiş Gürcüstan vətəndaşı Yaşar Qayıbov tutulub.
Azərbaycanda silsilə oğurluqlar etmiş Gürcüstan vətəndaşı tutulub

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda silsilə oğurluqlar etmiş Gürcüstan vətəndaşı Yaşar Qayıbov tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Yaşar Qayıbov tutulub.

Y.Qayıbovun Bakı şəhər sakinləri S.Adıgözəlovanın, A.Kabıyevin, M.Əliyevin, X.Süleymanovanın, A.Kərimovanın, S.Tağıyevin, N.Ağayevin və R.İbrahimovun evlərindən pul, qızıl məişət, geyım əşyaları oğurlayıb, habelə H.Mustafayevin evindən oğurluğa cəhd göstərib.

Qeyd edək ki, Y.Qayıbov əvvəllər məhkumluq həyatı yaşayıb.

Onun digər oxşar hadisələrdə də əlinin olub-olmadığı araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti