...

Kanadada iki gənc güllələnib

Hadisə Materials 7 Oktyabr 2014 00:04 (UTC +04:00)
Kanadanın Toronto (Ontario əyaləti) şəhərinin qərbindəki yerli katolik məktəbinin binası yaxınlığında atışma nəticəsində bir nəfər ölüb, digəri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Kanadada iki gənc güllələnib

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Kanadanın Toronto (Ontario əyaləti) şəhərinin qərbindəki yerli katolik məktəbinin binası yaxınlığında atışma nəticəsində bir nəfər ölüb, digəri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə CTV telekanalı xəbər yayıb.

Hazırda müəyyən edilib ki, atəş 20 yaşlarında iki gəncə açılıb.

Polis cinayət törədilən yeri mühasirəyə alıb, həmçinin yaxınlıqda yerləşən dörd məktəbi nəzarətə götürüb.

Atəş açan cinayətkarların sayı hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti