...

Polşada kömür mədənində partlayış olub, 20 nəfər xəsarət alıb

Hadisə Materials 7 Oktyabr 2014 04:25 (UTC +04:00)
Polşada kömür mədənlərinin birində metan qazının partlaması nəticəsində təxminən 20 nəfər hospitala yerləşdirilib.
Polşada kömür mədənində partlayış olub, 20 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Polşada kömür mədənlərinin birində metan qazının partlaması nəticəsində təxminən 20 nəfər hospitala yerləşdirilib. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Polşanın TVN24 telekanalı xəbər yayıb.

RMF FM radiosunun məlumatına görə, partlayış "Mıslovitse-Vesola" mədənindən yerin 660 metr dərinliyində baş verib.

Son məlumata görə, partlayış zamanı mədəndə 37 nəfər olub. Xilasedicilər artıq 35 nəfəri xilas ediblər.

20-yə yaxın şaxtaçı ən yaxın hospitala gətirilib, onlardan 9-nun vəziyyəti ağırdır. Mədəndə xilasetmə işləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti