...

Bakıda silsilə oğurluqlar törətmiş qadın tutulub

Hadisə Materials 13 Oktyabr 2014 13:40 (UTC +04:00)
Bakıda silsilə oğurluqlar törətmiş 30 yaşlı qadın tutulub.
Bakıda silsilə oğurluqlar törətmiş qadın tutulub

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda silsilə oğurluqlar törətmiş 30 yaşlı qadın tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Zaqatala rayon sakini, 1984-cü il təvəllüdlü Ülkər Əzizova yaxalanıb.

Müəyyən edilib ki, o, sentyabrın 25-də Azadlıq prospektində yerləşən ticarət mərkəzində olan mağazanın paltar dəyişmə otağından Gülbəniz Cəfərovanın içərisində 600-800 manat, 400 ABŞ dollar, şəxsiyyət vəsiqəsi və 3 ədəd kredit kartı olan əl çantasını, sentyabrın 28-də Azadlıq prospektində yerləşən mağazalardan birində Xırdalan şəhər sakini İnci Talıbovaya məxsus mobil telefon naməlum şəraitdə oğurlayıb.

Bundan əlavə o, oktyabrın 2-də Azadlıq prospektində yerləşən ticarət mərkəzində paltar dəyişmə otağında Bakı şəhər sakini Afaq Həsənzadənin içərisində bankomat kartı, ev açarları, 480 manat, 400 türk lirəsi, 35000 rubl olan pul kisəsini, oktyabrın 4-də Bakı şəhər sakini Aynur Qiyasovanın içərisində 500 manat olan pul kisəsini, Şərur rayon sakini Lətifə Məmmədovanın içərisində 105 manat, şəxsiyyət vəsiqəsi və 3 ədəd sim nömrə kartı olan pul kisəsini, oktyabrın 8-də həmin ticarət mərkəzində Mahiyət Əzimovanın əl çantasından içərisində 262 manat və şəxsiyyət vəsiqəsi olan pul kisəsini, oktyabrın 11-də isə Sabina Süleymanovanın əl çantasından içərisində 37 manat və şəxsiyyət vəsiqəsi olan pul kisəsini talayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti