...

İsmayıllıdan olan ailə 25 yaşlı oğlunu axtarır

Hadisə Materials 14 Oktyabr 2014 12:51 (UTC +04:00)
Evdən xəbərsiz çıxıb getmiş İsmayıllı rayon sakini axtarılır.
İsmayıllıdan olan ailə 25 yaşlı oğlunu axtarır

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir İlkin İzzət/

Evdən xəbərsiz çıxıb getmiş İsmayıllı rayon sakini axtarılır.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,

İsmayıllı rayonunun Diyallı kənd sakini Əhman Kərimov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan oğlu, 31.07.1989-cu il təvəllüdlü Məhəmməd Kərimov bu il sentyabrın 26-da səhər evdən xəbərsiz çıxaraq gedib, bir daha geri qayıtmayıb.

Məhəmməd Kərimovun xarakterik əlamətləri aşağıdakılardır: Boyu 176 santimetr, gözlərinin rəngi qəhvəyi, saçları şabalıdı rəngdədir.

M.Kərimov evdən çıxan zaman əynində göy rəngli qısaqol köynək, qara rəngli cins şalvar, ayağında qara çəkmə olub.

Onu görənlərdən və ya itkin düşmüş şəxs haqqında hər hansı məlumatı olanlardan (050) 211-31-84 nömrəli mobil və (0178) 5-44-87, 5-55-11 nömrəli telefonlara zəng vuraraq bu barədə İsmayıllı RPŞ-nin Növbətçi hissəsinə xəbər vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti