...

Maştağada gözətçi tüfənglə ehtiyatsız davranmağının qurbanı olub

Hadisə Materials 20 Oktyabr 2014 13:53 (UTC +04:00)
Maştağa qəsəbə sakini ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən ölüb.
Maştağada gözətçi tüfənglə ehtiyatsız davranmağının qurbanı olub

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir İlkin İzzət/

Maştağa qəsəbə sakini ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 19-da Sabunçu rayonunun Maştağa qəsəbə sakini Səfər Misirli gözətçi işlədiyi Zeytun Sovxozunun ərazisində ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən ölüb.

Hadisə yerindən müvafiq sənədləri olan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti